Tanınmış aktyor ayaqlarının sınmasından 10 il sonra xəbər tutdubackend

Tanınmış aktyor ayaqlarının sınmasından 10 il sonra xəbər tutdu

Aktyor Rassel Krou rejissor Ridli Skottun çəkdiyi “Robin Qud” filminin çəkiliş meydançasında hər iki ayağını sındırdığını və bundan on il sonra xəbər tutduğunu deyib.

KONKRET.az xəbər verir ki, onun sözlərini “People” nəşri sitat gətirir.

O, ayağının sındığı anı da xatırlayıb. Tanınmış aktyor bildirib ki, çox hündürdən tullandığına görə ayağında bərk ağrılar hiss edib. Lakin ağrılara əhəmiyyət verməyən aktyor sonradan digər dubllara çəkilib. 10 il sonra aktyor baldırlarında çox qəribə ağrılar hiss etməyə başlayıb. O, həkimə gedərək MRT və rentgen çəkdirib. Bundan sonra həkim onun ayaqlarının nə vaxtsa sındığını deyib.

“Görünür, filmi iki ayağım sınıqla bitirmişəm. Sənət naminə sağlamlığımı qurban vermişəm. Hazırda heç bir gips qoyulmayıb. Sadəcə zaman keçdikcə ayaqlarım öz-özünə sağalıb”, – deyə aktyor sözlərini yekunlaşdırıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*