Qorxma, mən səninləyəm” filminin aktyoru Artur Beryozin vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə onun dostu Stas Balakin məlumat verib.
Onun sözlərinə görə, Artur uzun sürən xəstəlikdən sonra Keyptaundakı xəstəxanalardan birində vəfat edib.
“O, Cənubi Afrikanı ikinci vətəni hesab edib və orada da dəfn olunacaq”, – Balakin bildirib.
Qeyd edək ki, “Qorxma, mən səninləyəm” filmi 1981-ci ildə lentə alınıb.