Tanınmış aktyor vəfat etdibackend

Tanınmış aktyor vəfat etdi

ABŞ-nin teatr və kino aktyoru Harris Yulin Nyu-Yorkda 88 yaşında ürək tutmasından vəfat edib.

KONKRET.az-ın “People”a istinadən verdiyi xəbərə görə, Yulin tamaşaçıların yaddaşında “Çapıqlı üz”, “Kabus ovçuları”, “Təlim günü” məşhur filmləri və “Mister Bin” komediyası ilə qalıb.

Aktyor məşhur “Ozark” da daxil olmaqla bir sıra teleseriallarda da fəal rol alıb. O, son dəfə 2024-cü ildə rol oynayıb.

Yulin “Emmy” və “Drama Desk Award” mükafatlarına, 2019-cu ildə isə “Ozark” teleserialındakı roluna görə mükafata namizəd olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*