Tanınmış biznesmenin oğlu faciəvi şəkildə öldü – FOTObackend

Tanınmış biznesmenin oğlu faciəvi şəkildə öldü - FOTO

Tanınmış iş adamı, “Ultra Company” şirkətinin baş direktoru Məhəmməd Zülfüqarlının oğlu faciəvi şəkildə vəfat edib.

KONKRET.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Bildirilib ki, iş adamının oğlu 2007-ci il təvəllüdlü Toğrul Zülfüqarlı Bakının Nəsimi rayonunda yaşadığı çoxmərtəbəli binadan bədbəxt hadisə nəticəsində yıxılıb. O, aldığı xəsarətlərdən vəfat edib.

Qeyd edək ki, Məhəmməd Zülfüqarlı həm də informasiya texnologiyaları üzrə tanınmış mütəxəssis və təlimçidir.

Hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*