Tanınmış diplomat Daşqın Şikarov Elmar Məmmədyarovla bağlı VİDEO-ya münasibət bildirdibackend

Tanınmış diplomat Daşqın Şikarov Elmar Məmmədyarovla bağlı VİDEO-ya münasibət bildirdi

“Xarici işlər naziri Elmar Məmmədyarov barəsində sosial şəbəkələrdə qərəzli və həqiqətəuyğun olmayan videorolik paylaşılıb. Məqsədli şəkildə hazırlanan və paylaşılan videorolikdə guya nazir Elmar Məmmədyarovun erməni musiqisinin sədaları altında rəqs etməsi göstərilir”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki keçmiş səfiri Daşqın Şikarov xarici işlər naziri Elmar Məmmədyarov barəsində sosial şəbəkələrdə aparılan “qara piar”a etiraz edərkən deyib.

“Bu gün dünyada COVID-19 pandemiyasına qarşı mübarizə aparılan bir dövrdə bəziləri vaxt tapıb hörmətli nazirin “Azəri torpağı” mahnısının sədaları altında rəqs etməsini montaj edərək, çirkin niyyətlərini gercəkləşdirməyə çalışıblar. Bu addımın kimlər tərəfindən atıldığı məlum olmasa da, onun azərbaycanlı olduğuna şübhə yaranır. Müqəddəs Ramazan bayramı ərəfəsində saxtakarlığı özünə peşə seçənləri şər-böhtan atmaqdan çəkinməyə və vıcdanlı olmağa dəvət edirəm. Ən azından müsəlman olduğumuzu və müqəddəs “Qurani-Kərim”də şər-böhtan atmağın böyük günah olduğunu unutmayaq. Həmin videonun orijinal variantını təqdim edirəm, baxın və özünüz qiymət verin: Azərbaycan musiqisini çıxarıb ora erməni musiqisini əlavə edənə nə ad vermək olar, belələrinə azərbaycanlı demək olarmı?”, – D.Şikarov əlavə edib.

Qeyd edək ki, sosial şəbəkələrdə Elmar Məmmədyarovun guya oğlunun toyunda erməni mahnısına oynadığını əks etdirən saxta video yayılıb. Bəzi izləyicilər isə montaj edilmiş videonun həqiqi olmadığının fərqinə varmadan nazirin ünvanına sərt ifadələr yazıblar.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun oğlu Riyad Məmmədyarovun toyu 2019-cu il avqustun 18-də ABŞ-da olub. Riyad Məmmədyarov və onun amerikalı xanımı Aleks Zapallanın toyundan görüntülər hələ o zaman əksər saytlarda da yayımlanmışdı. Görüntülərdə Elmar Məmmədyarovun ailə quran gənclərlə birlikdə müğənni Eyyub Yaqubovun “Azəri torpağı” adlı mahnısının sədaları altında rəqs etdiyi görünür.

Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarova qarşı əvvəllər də mediada hücumlar olanda Daşqın Şikarov sosial şəbəkələrdə nazirin maraqlı fotosunu paylaşmışdı.

Daşqın Şikarov o vaxt paylaşdığı fotonun üzərində bu qeydləri etmişdi: Şuşa 1992-ci il, yanvar. Elmar Məmmədyarov, Yaşar Əliyev, Murad Heydərov. Ortada Şuşa İcraiyyə Komitəsinin sədri Vaqif Hüseynov və aqrar şöbənin müdiri Mirzə Bayramov

1992-ci ildə Xarici İşlər Nazirliyinin protokol şöbəsinin müdiri vəzifəsində işləyən Elmar Məmmədyarov ATƏT-in nümayəndə heyəti ilə mütəmadi olaraq ataşə tutulan, mühasirədə olan Şuşa səhərinə helikopterlə səfər edib. Səfər zamanı nümayəndə heyəti Şuşanın düşdüyü son dərəcə çətin durumu, blokada şəraitində yaşayan və hər an ölüm təhlükəsi ilə üz-üzə gələn mülki əhalinin acı vəziyyətinin şahidi olub.

Elmar Məmmədyarov ATƏT-in nümayəndə heyətinə Dağlıq Qarabağın durumu, mülki əhaliyə qarşı aparılan etnik təmizləmə siyasəti, ermənilərin məkrli planları haqqında məlumat verərək, ATƏT təmsilçilərini bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına səsləyib.

Şuşanın, Laçının mühasirədə olduğu vaxtlarda Elmar Məmmədyarov dəfələrlə müxtəlif beynəlxalq təşkilatların nümayəndə heyətlərinin mühasirədə olan rayonlarımıza səfərlərini təşkil edib, erməni hərbi birləşmələrinin mülki əhaliyə divan tutmasını xarici müşahidəçilərin gözü ilə bütün dünyaya nümayiş etdirib.

Daşqın Şikarov qeyd etmişdi ki, Elmar Məmmədyarov ingilis və rus dilini mükəmməl bilməklə yanaşı, eyni zamanda güclü analiz qabiliyyətinə malik peşəkar, vətənpərvər və uzaqgörən diplomatdır:

“Azərbaycan müstəqillik əldə etdikdən 20 il sonra BMT kimi nüfüzlu təşkilatın Təhlükəsizlik Şurasının qeyri daimi üzvü seçilib. Gənc müstəqil dövlət üçün bu, çox ciddi və böyük uğurdur. Bu qələbədə şübhəsiz ki, xarici işlər naziri kimi Elmar Məmmədyarovun böyük xidmətləri var”.

Səfir vurğulamışdı ki, Elmar Məmmədyarov erməni hərbi birləşmələrinin ölkəmizə təcavüzü faktı ilə bağlı həqiqəti dünya birliyinə çatdırmaq üçün 26 il bundan əvvəl Şuşanın mühasirədə olduğu çətin və təhlükəli bir dövrdə heç nədən şəkinmədən ATƏT müşahidəçiləri ilə Şuşaya səfər etmiş, əsl vətənpərvərlik nümunəsi göstərmişdir.

 

  • GEBER
    May 30, 2020 - 19:48

    Heç kəs inciməsin əgər loyal yazdiqim mətn , Məmmədyarova haqq qazandiran çərçivəyə bir az sərhəd koordinatlarina yaxin olsa da belə . tam həqiqəti əks etdirəcəyi üçün elə o qədər də Məmmədyarova haqq qazandirmayacaq əksinə qinaq koordinatlarinda kağizdan düzələn qayiq ya şir kimi əzib bükəcəkdir. Diqqətimi bir sitat çəkdi _” ingilis və rus dilini mükəmməl bilməklə yanaşı, eyni zamanda güclü analiz qabiliyyətinə malik peşəkar, vətənpərvər və uzaqgörən diplomatdır:*** Əvvəla dil haqda yazmaqdan qabaq uzaqgörən diplomat ** sözü portretin heç bir yerinə yapişmir , 3 şahmat xodunu analiz edə bilən şəxs kor olsun kar ağildan zəif hal hazirdaki ehtimal tənqidlərin qarşisini ilk işə çixan gündən bəd dualardan qaçan kimi qaçardi onlari quçaqlayib oynamazdi . biməliydi analizə malik diplomat yenə də bilməliydi . ki hər an ittiham qilinci dalinca gəzir , onu elə abdurd əməllərdə günahlandirarlar , ki xəzər dənizi yuya bilməz . heç fərqi də yoxdur qoy 299 % yazilanlar yalan olsun , axi kimdə cürət çatar , kim deyətr , ki bu kəpənəklər Sizə yapişmir ? yalan da olsa , lap ağ yalan , məgər həqiqətə oxşamir ? Absurd da olsa 10 nəfərdən 9 nəfər , bir milyondan milyonu da , erməni estradasina inanmir məgər ? Əlbəttə inanir hələ bundan sonra nə yazsalar inanacaqdir qapiniz boşdur hğrmətli dil bilən uzaqgörən diplomat nazir . Bəs belə primitiv tərəkəmələrə bəlli müdrüklükdən , misal ağsaqqallarin yaninda uşaqini qucaqina almir , kimi psixosomatik reqress previziyalarindan xəbərsizsiniz , qalsin bir yana , KQB imperiya general mayorunu oğlu İlham Əliyevlə hansi qabaqlayici etiket qaydalarini axtarib tapmisisz , bu da qalsin bir yana , heç düşünmüsünüzmü ? ki , bir addim səhf oldum Rəhim Qaziyevin günündə Punhan demişkən mən it günündə it mən gündə yox :__fransuzlar demişkən__le poisson ne sait pas quoi manger de l’eau Məgər belə səviyyəniz var idisə , hansi arxayinçiliqla RƏhim Qziyev sayaq Şuşaya gedib sonda isə 10 milyonluq xalqin 11 metrlik zərbəsini 30 ildir ki , ermənilərin qapisina deyil , qapidan qiraqa və ya öz qapimiza vurursuz və bunun da fərqində deyisiz ? Yeni yeni 11 metrlik zərbə hüququnu özünüzdə _nazir kreslosunda qoruyub saxlayirsiniz ? Lap həqiqət isə , Sizdə qarabaq danişiqlari haqda heç bir məxfi məlumat ola bilməz və olmayib da , bir qulaqdan girib üçüncü qulaqdan çixib , xüsüsi bilgisi olan ekspert kimi yaziram və bu səbəbdən faktiki xalq müdafiyyəsindən özünüz özünüzü məhrum etmisiniz . O ki qaldi dil bilmək , qəlb bilmək deyil , haqda bir yazimi hədiyyə edirəm
    Qədim kinik fəlsəfi məktəbinin sözvərz adepti Anisfomen deyirdi :_vacib deyil bərbər nə dildə danişir yinan dilində düzgün tələffüz edir ya hecani udur əsas odur , dedikləri söz də vacib deyil baxin görün xoşməramli insandirmi bu ? yoxsa yox bizim dilimizdə danişmaqla niyyəti nədir . Digər bir həyat filosofu Şankra deyirdi Əgər hər ağacdan kimsə merkuriy yona bilməyi bacarirsa həmin şəxs ana südünün əvəzini də düzəldə bilər və heç də təssüflü deyil , ki bizləri biri birimizə düşmən də edə bilər və yaxud tərki vətən əsl anamizin axtarişina vadar da edə bilər .
    Qədim çan sözgüləşdirmə nəktəbinin ilk banislarindən biri Lobsanq Rampa Bodxidraxmanin keçmiş Nepala yaxin ərazidən Çinə missioner(_yəni yeni qaydalar məzhəb də başa düşülə bilər daha dəqiq nəbzi yoxlamaq ab havaya yeni ab hava gətirmək filan ) səyahət etmək niyyətindən xəbər tutan an şagirdlərinə əmr verir . ki ilk növbədə ərazidəki ev itləri saxlanclara köçürtməklə təcrid edilməli , ikinci vacib iş isə , yalaq süləngəc və itaiyətdən həzz alan xəmirbaşlar rusca tetovipeçkalar * mənsəbindən asili olmayaraq lap budxi ** Allahin dostu ya kşatriya əsgər ya bramin sinil ** qanli olsun məhf olunmalidir.

GEBER üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*