Türkiyədə sosial media fenomeni cəzalandırılıb.
KONKRET.az xəbər verir ki, “Yaspe” adlı sosial media fenomeni Şimali Mərmərə şossesində Kocaeli istiqamətində sürət testi edib.
İstanbul İl Jandarma Komandanlığına bağlı yol qrupları Şimali Mərmərə şosesində sürət testində 200 km/saatı keçən və sosial şəbəkədə paylaşan fenomeni aşkar edərək, cinayət işi qaldırıb.
Saatda 200 kilometri keçən fenomenin görüntülərinin sosial mediada paylaşıldığı müəyyən edilib.
Trafik Jandarma qrupları sosial media fenomeninin səhifəsini və şose kameralarını araşdıraraq cəhdin vaxtını və marşrutunu təyin edib.