Keçmiş gitaraçı Ceyk E Li Las Veqasda itini gəzdirərkən ona bir neçə atəş açılıb.
KONKRET.az axşam.az-a istinadən xəbər verir ki, güllələnən musiqiçi hadisə yerində huşunu itirib. O, xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.
Polis məsələ ilə bağlı araşdırma aparır. Ceyki güllələyən şəxs hələlik saxlanılmayıb.