Tanınmış həkim vəfat etdibackend

Tanınmış həkim vəfat etdi 

Salyanda tanınmış kardioloq Həsənağa Bağırov vəfat edib.

KONKRET.az xəbər verir ki, həkim bu gün dünyasını dəyişib.

Qeyd edək ki, H.Bağırov 1940-cı ildə Neftçala rayonunun Böyük Oriyad kəndində anadan olub. O, ilk olaraq Salyan rayonunun Pratman-Gəncəli kəndində həkim işləyib, 1974-ci ildə Salyan RMX-yə həkim-kardioloq kimi işə qəbul edilib.

H.Bağırov xəstəxanada kardioloji kabinet yaradıb, qısa müddətdə burada 40 çarpayılıq şöbə açıb. 1980-ci ildə isə Salyan RMX-nin nəzdində rayonlararası kardioloji mərkəz yaratmağa nail olub.

Məlumat üçün bildirək ki, 86 yaşlı Həsənağa Bağırovun qardaşı Əliağa Bağırov ürək cərrahiyyəsi üzrə dünyada tanınan məşhur həkimlərdəndir.//oxu.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*