Türkiyənin “Sabah” qəzetinin yazarı Engin Ardıç dünyasını dəyişib.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, 71 yaşlı jurnalist bu gün səhər saatlarında müalicə aldığı Bağçılar Medipol Mega Universitet Xəstəxanasında vəfat edib.
Məlumata görə, o, 6 aydır amansız xəstəliklə mübarizə aparırdı.
Qeyd edək ki, Engin Ardıç 1952-ci ildə Trabzonda anadan olub. Boğaziçi Universitetinin Siyasi Elmlər Fakültəsini bitirən yazar jurnalistika fəaliyyətinə 1970-ci ildə başlayıb. O, “Cümhuriyyət”, “Politika”, “Dünya”, “Sabah”, “Star”, “Akşam” qəzetlərində və “Nokta” jurnalında çalışıb. Star TV-də isə “Günün şərhi” proqramının aparıcısı olub.
İqbal Rzayev,
KONKRET.az