Tanınmış jurnalistə yeni vəzifə verildi – FOTObackend

Tanınmış jurnalistə yeni vəzifə verildi - FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.
Konkret.az  APA-ya istinadən xəbər verir ki, bununla bağlı AzTU-nun rektoru Vilayət Vəliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, “Ekspress” qəzetinin keçmiş baş redaktoru, tanınmış jurnalist Qəzənfər Bayramov AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.
Qeyd edək ki, Q. Bayramov 1999-2019-cu illərdə “Ekspress” qəzetinin baş redaktoru olub.
Qəzənfər Bayramovdan əvvəl isə AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinə Nicat Abdullayev rəhbərlik edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*