Tanınmış məşqçi “Neftçi” üçün Bakıya gəldi backend

Tanınmış məşqçi "Neftçi" üçün Bakıya gəldi 

“Neftçi”nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

“Ağ qaralar” Roman Qriqarçukla anlaşıb.

KONKRET.az xəbər verir ki, tanınmış mütəxəssis iki gündür Bakıdadır.

Onunla bütün detallarda razılıq əldə olunub.

59 yaşlı çalışdırıcı ilə uzunmüddətli müqavilə imzalanacaq.

Qriqorçuka 2015 – 2018-ci illərdə “Qəbələ”də çalışıb.

O, bölgə klubu ilə 2015/2016 və 2016/2017 mövsümlərində Avropa Liqasının qrup mərhələsinə qədər yüksəlib. (Sportinfo)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*