ABŞ bəzi diplomatların və onların ailələrinin Livandan təxliyə edildiyini açıqlayıb.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Qeyri-sabit və gözlənilməz vəziyyət səbəbindən səfirlik işçilərinin ailə üzvləri Beyrutu tərk edəcəklər”, – məlumatda qeyd edilib.