Tanınmış meyxanaçı Sumqayıtda saxlanıldı – RƏSMİ + YENİLƏNİBbackend

Tanınmış meyxanaçı Sumqayıtda saxlanıldı - RƏSMİ + YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) meyxanaçı Cavid Babaşovun (Cavid Sumqayıtlı) saxlanılmasına münasibət bildirib.

KONKRET.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Sumqayıt şəhər sakini Cavid Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün 15 may 2021-il tarixində Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edilib ki, meyxanaçının üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib: “Cavid Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda həmin şəxs barəsində istintaq araşdırmaları sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib”.

***

14:37
Tanınmış meyxanaçı Cavid Sumqayıtlı saxlanılıb.

KONKRET.az xəbər verir ki, o, bir neçə gün öncə Sumqayıt Şəhər Polis əməkdaşları tərəfindən yaxalanıb.

Cavid Sumqayıtlının üzərindən külli miqdarda narkotik vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır./sfera.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*