Tanınmış müğənni xəstəxanaya yerləşdirildibackend

Tanınmış müğənni xəstəxanaya yerləşdirildi

Sovet və rus müğənnisi və bəstəkarı Leonid Aqutin təcili olaraq Moskvada xəstəxanaya yerləşdirilib.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, onun ayağında qan laxtası əmələ gəlib.

Sənətçinin əzalarındakı şiddətli ağrılardan şikayət etdiyi məlum olub. Müayinə zamanı ona dərin venaların trombozu diaqnozu qoyulub. Məlumata görə, müğənni indi ilk olaraq dərmanla müalicə olunur.

Qeyd edək ki, müğənni 20 ildən çoxdur ki, Anjelika Varumla evlidir, cütlüyün uzun illər ABŞ-da yaşayan Lisa adlı bir qızı var. İndi sənətçi ölkə daxilində çoxlu qastrol səfərlərində olur. Ulduzun səhhətində ciddi problemlər olması təəccüblü deyil. Düzdür, məşhurlar heç vaxt xəstəliklərini müzakirə etmirlər. Lakin bu dəfə Leonid detalları açıqlamağa məcbur olub. İfaçı səhhətindəki problemlərdən şikayətlənib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*