Tanınan və sevilən ifaçı Şaden Zəfər Günündə yeni mahnısı ilə dinləyicilərə surpriz edib.
KONKRET.az xəbər verir ki, müğənninin tarixi zəfərimizi özündə əks etdirən “Azərbaycan Qazisi” adlı klipi izləyicilər tərəfindən maraqla qarşılanıb.
Tamaşaçılan müğənninin ifasını və ərsəyə gətirilən klipi çox bəyəniblər. Qeyd edək ki, mahnının söz və musiqisi müğənninin özünə aiddir.
Sözügedən klipi təqdim edirik: