Taraxçyandan ŞOK AÇIQLAMA: “İrəvanda Azərbaycan səfirliyi var”backend

Taraxçyandan ŞOK AÇIQLAMA: "İrəvanda Azərbaycan səfirliyi var"

“Mənim Şahramanyana (keçmiş qondarma rejimin son başçısına – red.) əməkdaşlıq təklifim var: “artsax” məsələsinin tam həlli ilə bağlı rəsmi məktub təqdim edəcəyəm”.

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bunu erməni terrorçu Qaregin Njdenin adına yaradılmış təşkilatın təmsilçisi Vardan Taraxçyan deyib.

O, İrəvanda məhv olmuş qondarma rejimin  “nümayəndəliyinin” yaxınlığında jurnalistlərlə söhbətində absurd iddialar səsləndirib:

“Azərbaycan səfirliyi İrəvanda evimdən 29 metr aralıda yerləşir. Mən səfiri mütəmadi olaraq görürəm, adını bilmirəm”.

Jurnalist ondan bu sözləri məcazi mənada deyib-demədiyini soruşub, V.Taraxçyan suala konkret cavab verməyib.

Qeyd edək ki, sülh və diplomatik əlaqələr olmadığı üçün iki ölkə arasında səfirlik səviyyəsində təmsilçilik yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*