Tarixi Azərbaycan şəhəri qaytarıla bilərbackend

Tarixi Azərbaycan şəhəri qaytarıla bilər

Son dövrlər ölkəmizdə Qərbi Azərbaycan məfkurəsi daha fəal şəkildə gündəmə gətirilir. Bildirilir ki, Rəsmi Bakı tarixi torpaqlara dinc yolla qayıdışı hədəfləyən ideoloji bir prosesə start verib. Ekspertlərin fikrincə, bu yanaşma həm beynəlxalq hüquqa əsaslanır, həm də milli kimliyin və yaddaşın qorunmasına xidmət edir.

Bəs şimaldakı torpaqlarla bağlı necə plan var? Dərbənd məsələsi aktuallaşa bilər? Azərbaycanlıların bu şəhərdə yaşaması, sayı, özlərini ifadə etməsi hazırda hansı vəziyyətdədir?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Qərbi Azərbaycandan qovulmuş həmvətənlilərimizin öz torpaqlarına qaytarılması bu gün bizim üçün daha realdır və bunu həyata keçirmək asandır:

“Buna görə də tarixi torpaqlarımıza geri qayıtmağın ideoloji əsaslarını hazırlayırıq. Lakin dövlətimiz Azərbaycandan ayrılmış torpaqlar uğrunda mübarizə apara bilməz. İstənilən ərazini qaytarmaq, yaxud orada azərbaycanlıların yaşamasını təmin etmək üçün uzun müddət hazırlaşmaq lazımdır. Zamanında Azərbaycan ərazisi hesab olunan və hazırda digər ölkələrin tərkibinə qatılmış torpaqların tarixi şərait yetişdikdə qaytarılacağı şübhəsizdir. Amma beynəlxalq şəraiti nəzərə alaraq, bunu qlobal və regional gücləri üzərimizə qaldırmadan həyata keçirməliyik”.

Politoloq bildirib ki, Rusiyanın ərazisi hesab olunan torpaqların da nə zamansa qaytarılacağına ümidlər var:

“Amma qeyd etdiyim ki, bu tipli məsələlər mərhələli şəkildə həyata keçirilməli və tarixi şəraitdən çıxış edərək addım atılmalıdır. Bu gün qarşımızda duran əsas məsələ isə Qərbi Azərbaycandır. Bu qayıdış uğurla həyata keçirildikdən sonra digər ərazilər barəsində düşünmək olar”

  • Elçin
    İyul 31, 2025 - 17:54

    Eşq olsun belə bir siyasət aparanlara

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*