Meteoroloqlar bəşəriyyət tarixinin ən qorxulu ilini müəyyənləşdiriblər.
KONKRET.az xəbər verir ki, onların fikrincə, bizim eranın 536-cı ili ən təhlükəli və qorxulu ildir.
Məhz həmin ildə Avropa, Yaxın Şərq və Asiyanın bir hissəsi üçün günəş görünməz olub. Temperatur isə 1,5-2,5 dərəcə dəyişib.
Nəticədə sonrakı illərdə aclıq, vəba baş alıb gedib. Günəşin qarşısının tutulmasına səbəb isə ar-arda İslandiyada püskürən vulkanlar olub. Həmin o vulkanlardan atmosferə atılan kül günəşin qarşını alıb. lent.az