TASS həmin xəbərin sərlövhəsini növbəti dəfə dəyişdi – FOTOLARbackend

TASS həmin xəbərin sərlövhəsini növbəti dəfə dəyişdi – FOTOLAR

Rusiyanın TASS agentliyi iyulun 31-də Xankəndi ilə bağlı dərc etdiyi xəbərdə növbəti dəfə düzəliş edib.

KONKRET.az xəbər verir ki, yeni sərlövhədə “Dağlıq Qarabağ” ifadəsi dəyişdirilərək “Qarabağ” ilə əvəzlənib.

Xəbərin içində şəhərin coğrafi “Xankəndi” adı saxlanılsa da 2023-cü il antiterror əməliyyatlarından əvvəlki dövrlə bağlı hissədə “Stepanakert” kimi verilib.

Qeyd edək ki, ötən gün Rusiya Federasiyasının TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yaymışdı.

Məsələyə Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirib, Azərbaycan Dövlət İnformasiya Agentliyi bəyanat yayıb.

photo 5217423952631166785 y

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*