Tatarıstan və Çeçenistan Rusiyanın tabeçiliyindən çıxa, “Böyük Turan” xəritəsi reallaşa bilər – ŞOK AÇIQLAMAbackend

Tatarıstan və Çeçenistan Rusiyanın tabeçiliyindən çıxa, “Böyük Turan” xəritəsi reallaşa bilər - ŞOK AÇIQLAMA

Rusiya son zamanlar xarici siyasətdə, xüsusilə də Cənubi Qafqaz, Suriya və Ukrayna məsələsində fəallıq göstərməyə çalışsa da, daxilində getdikcə gərginləşən vəziyyətin böyüməsinin qarşısını almağı bacarmır. Bir ay bundan öncə Tatarıstanla başlayan daxili fikir ayrılıqları təkcə bir ərazi ilə məhdudlaşmır. Yayılan məlumatlara əsasən Çeçenistan da tabeçilikdən uzaqlaşıb, müstəqil addımlar atmaq niyyətini ortaya qoymağa başlayıb.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politloq Samir Hümbətov səsləndirib. O bildirib ki, Kremlə qarşı tətbiq edilən sanksiyalar onun xarici ticarətində ciddi problemlərin yaranmasına səbəb olur ki, bu da birbaşa Rusiyanın daxili iqtisadi vəziyyətinə təsir göstərir: “Bundan başqa 2 ilə yaxındır davam edən COVID-19 pandemiyası nəticəsində Rusiya iqtisadiyyatına təqribən 100 milyard dollardan artıq ziyan dəyib ki, bu da sanksiyalar altında olan dövlət üçün kifayət qədər böyük rəqəm sayılır. Artıq Rusiya daxilində mövcud olan subyektlər vəziyyətin ciddiliyini anlamağa başlayıblar. Məhz buna görə də, vəziyyətdən istifadə edərək özlərinin müstəqil davranışlarını müəyyənləşdirməyə çalışırlar”.

Səudiyyə krallığı ilə Ermənistan arasında yaxınlaşma hiss edilməkdədir - SAMİR HÜMBƏTOV

Politoloqun fikrincə əgər pandemiya və Rusiya iqtisadiyyatına qarşı tətbiq edilən sanksiyalar uzun müddət davam edərsə, o zaman daxili narazılıq və mərkəzdənqaçma meylləri güclənəcək: “Bu da Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana verdiyi xəritənin reallaşmasını sürətləndirə bilər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*