Tatarıstanın rəhbəri Rüstəm Minnixanov əsas hazırlıq rejimi qaldırılana qədər respublika ərazisində pilotsuz təyyarələrin istifadəsini qadağan edən fərman imzalayıb.
KONKRET.az xəbər verir ki, müvafiq sənəd hüquqi informasiya portalında dərc olunub.
Sərəncamda deyilir ki, tədbir “ictimai asayişin mühafizəsini gücləndirmək, ictimai təhlükəsizliyi və sənaye obyektlərinin və nəqliyyat infrastrukturunun təhlükəsizliyini təmin etmək məqsədilə” həyata keçirilib.