“Azərbaycan Silahlı Qüvvələrinin bəzi hissələri Ermənistanın sərhəd kəndlərinin yaxınlığında, bəziləri isə Ermənistana daxil olub”.
KONKRET.az xəbər verir ki, bu sözləri keçmiş deputat Arman Tatoyan deyib.
“Sərhəd yaxınlığında sakinlərin mühafizəsi və təhlükəsizliyi o halda mümkündür ki, orada Azərbaycanın silahlı hərbçiləri olmasın”.
O, vurğulayıb ki, Azərbaycan hərbçiləri Ermənistan cəmiyyətinə və erməni hərbçilərinə qarşı getdikcə daha amansız olurlar: “Bunu 2022-ci il hadisələri də sübut edir. Xüsusilə qeyd etmək istəyirəm ki, bu, Azərbaycan hakimiyyətinin himayəsi ilə həyata keçirilir. Mən həmişə bunu demişəm, indi də təkrar edirəm, o hərbçilər ki, ermənilərə arşı amansızdır, onlar bu gün bizim sərhədlərimizin yaxınlığında dayanıblar, hətta Ermənistan Respublikasının ərazisini də işğal ediblər”.
Natiq Səlim,
KONKRET.az