Tayvan Müdafiə Nazirliyi: “Çin bizim ərazi sularımıza çoxlu sayda ballistik raket atıb”backend

Tayvan Müdafiə Nazirliyi: "Çin bizim ərazi sularımıza çoxlu sayda ballistik raket atıb"

“Çin Xalq Azadlıq Ordusu yerli vaxtla saat 13:56-da şimal-şərq və cənub-qərbdəki ərazi sularımıza çoxlu sayda “Dongfeng” ballistik raketi atıb. Müdafiə sistemlərimiz vasitəsilə vəziyyəti izlədik, regional sülhə təhlükə yaradan bu cür ağılsız hərəkətləri pisləyirik”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra Çin Xalq Azadlıq Ordusu adaya ən yaxın 6 nöqtədə təlimə başlayıb.

Çin dövlət mediası iyulun 7-dək davam edəcək təlimlərdə müxtəlif növ raketlərdən, o cümlədən “Dongfeng-17” orta mənzilli hipersəs raketlərindən və “Dongfeng-11” qısa mənzilli ballistik raketlərdən istifadə ediləcəyini bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*