Tbilisidə Navalnıya dəstək aksiyası keçirildi – FOTObackend

Tbilisidə Navalnıya dəstək aksiyası keçirildi - FOTO

Tbilisidə keçmiş Rusiya səfirliyinin binası qarşısında siyasətçi Aleksey Navalnıya dəstək aksiyası keçirilib.

KONKRET.az “Azadlıq radiosu”na istinadən xəbər verir ki, tədbirdə 50-yə yaxın insan iştirak edib. Onlar Navalnıya, Ukraynaya və azad Rusiyaya dəstək, həmçinin Putin və müharibə əleyhinə şüarlar səsləndiriblər.

Qeyd edək ki, uzun müddətdir Vladimir vilayətində ciddi rejimli təcridxanada cəza çəkən Aleksey Navalnının iyunun 4-ü doğum günüdür. Onun 47 yaşı tamam olur. Navalnını dəstəkləmək üçün dünyanın onlarla şəhərində – ABŞ-dan Yaponiyaya qədər mitinqlər və piketlər keçirilib. Həmçinin Rusiyada da siyasətçiyə dəstək məqsədilə bir neçə nəfər piketə çıxıb və onlar saxlanılıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*