Azərbaycandakı dövlət tibb müəssisələrində çalışan stomatoloqlar arasında narazılıq yaranıb.
KONKRET.az xəbər verir ki, “Unikal”a daxil olan məlumata görə, narazılığın səbəbi rayon və şəhər tibb mərkəzləri tərəfindən stomatoloqlardan aylıq icra haqqının tələb edilməsidir.
Bu barədə “Facebook”da stomatoloqların qrupunda da çox sayda həkim tərəfindən paylaşımlar edilib. Qeyd olunub ki, paytaxt Bakıda stomatoloqlardan hər iş otağı üçün aylıq 1 800 manat, bölgələrdə isə 1 200 manat pul vəsaiti tələb olunur.
İcarə haqqı tələb edilən otaqlar isə heç biri təmirli deyil və zəruri avadanlıqlarla təşkil olunmayıb. Yəni, dövlət tibb müəssisələrində stomatoloq kimi fəaliyyət göstərən şəxs həm otağı təmir etməli və avadanlıqlar almalı, həm də aylıq icarə haqqı ödəməlidir.