TƏBİB Şabrandakı qəzada yaralananlarla bağlı məlumat yaydıbackend

TƏBİB Şabrandakı qəzada yaralananlarla bağlı məlumat yaydı

Şabran rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

KONKRET.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, onlardan 1 nəfər dünyasını dəyişib, 2 nəfər Kliniki Tibbi Mərkəzə təxliyyə edilir.

Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*