Təbii mineral suya dair tələblər müəyyənləşdibackend

Təbii mineral suya dair tələblər müəyyənləşdi

Qablaşdırılmış təbii mineral suyun mineral tərkibi, temperaturu, elektrik keçiriciliyi və xarakterik xüsusiyyətləri mövsümlə əlaqədar təbii kənaraçıxmalar nəzərə alınmaqla yatağındakı su ilə eyni olmalıdır.

KONKRET.az xəbər verir ki, bu, “Təbii mineral sulara dair sanitariya norma və qaydaları”nsa əksini tapıb.

Təbii mineral su mikrobioloji göstəriciləri baxımından təmiz, hər hansı çirklənməyə məruz qalmayan, yeraltı yataqlardan hasil edilən və ya təbii yolla süxurlardan çıxan mineral komponentlərlə zəngin olan (sonradan tərkibinə əlavə mineral komponentlər əlavə edilməyən) təbii sudur.

Təbii mineral sular aşağıda sadalanan xüsusiyyətləri ilə içməli sudan fərqlənir və mühafizə zonasına uyğun olaraq çirklənmə riski yaradacaq mənbələrdən mühafizə edilir:

– dəyişməyən mineral və mikroelement tərkibi baxımdan;

– mikrobioloji cəhətdən təmiz olması;

– sabit temperatura malik olması.

Qablaşdırılmış təbii mineral suyun mineral tərkibi, temperaturu, elektrik keçiriciliyi və xarakterik xüsusiyyətləri mövsümlə əlaqədar təbii kənaraçıxmalar nəzərə alınmaqla yatağındakı su ilə eyni olmalıdır. Təbii mineral suya karbon qazından başqa digər kimyəvi maddə əlavə edilməməli, əlavə edilmiş karbon qazı təbii mineral suyun təbiiliyini pozmamalıdır. Qablaşdırma zamanı təbii mineral suya təbii və ya kənardan təmin edilən, ümumi qaz həcminin ən azı 99%-i karbondioksid (CO2) olan və tərkibindəki karbon monooksidin miqdarı 10 µl/l-dən çox olmayan karbon qazının əlavə edilməsinə yol verilir. Bu proses suyun mikrobioloji xüsusiyyətlərində dəyişikliyə səbəb olmamalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*