Təbii qazın kəsildiyi Avropada kömür istehlakı artırbackend

Təbii qazın kəsildiyi Avropada kömür istehlakı artır

Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyaların əhəmiyyətli bir hissəsi enerji sektorunu hədəfə alıb. Bu çərçivədə Rusiyadan Avropaya dəniz yolu ilə neft idxalına qoyulan qadağanın ilin sonuna kimi qüvvəyə minməsi planlaşdırılır. Digər tərəfdən, sanksiyalar Rusiyadan kömür və digər bərk qalıq yanacaqların alınmasını da əhatə edir. Aİ-nin kömürə qoyduğu sanksiyaların avqustun 10-da qüvvəyə minəcəyi gözlənilir.

KONKRET.az xarici mdiaya istinadən xəbər verir ki, kömür idxalının böyük hissəsini Rusiyadan həyata keçirən Aİ ölkələri qadağa başlamazdan əvvəl lazımi tədbirləri görməyə çalışır.

Avropa Statistika İdarəsinin son məlumatlarına görə, Avropa İttifaqı ölkələri daş kömür idxalının 55,6 faizini Rusiyadan həyata keçirir. Rusiyanı 17,2 faizlə ABŞ, 15,3 faizlə Avstraliya izləyir.

Aİ-nin Rusiyadan elektrik və istilik enerjisi üçün istifadə etdiyi termal kömür idxalı 70 faiz səviyyəsindədir. Dəmir və polad istehsalında istifadə edilən metallurgiya kömüründə Rusiyadan asılılıq 30 faiz olaraq hesablanır.

Avropanın dominant iqtisadiyyatları olan Almaniya və Polşanın Rusiya termal kömüründən çox asılı olması diqqət çəkir.

Almaniyanın Rusiyadan istilik və metallurgiya kömürü idxalı 14,3 milyon ton, Polşanınkı isə 9,5 milyon tondur. Almaniya termal kömür idxalının 67 faizini, Polşa isə 80,7 faizini Rusiyadan həyata keçirir.

AB iqlim dəyişikliyi ilə mübarizə məqsədləri çərçivəsində son illərdə kömürdən elektrik enerjisi istehsalını azaltmağa çalışsa da, keçən il epidemiyadan sonra artan tələbat  bu vəziyyəti dəyişib.

Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə, ötən il 6 faiz artan qlobal kömür istehlakı bu il 0,7 faiz artaraq 8 milyard tona çatacaq. Beləliklə, dünyada kömür istehlakı son 10 ilin ən yüksək səviyyəsinə çatacaq.

Rusiyanın “Şimal axını”ndan qaz axınını 20 faizə endirməsindən sonra hərəkətə keçən Almaniya qışa hazırlıq məqsədilə ümumilikdə 21 kömür zavodunu yenidən açmaq qərarına gəlib.

Hollandiyada kömür stansiyalarının 2024-cü ilə qədər maksimum 35 faiz gücündə işləməsini tələb edən qanunlarını ləğv etdi.

Fransa və İtaliya da köhnə istilik elektrik stansiyalarını açmaq üçün planlar və hazırlıqlar görürlər.

Kömürə tələbatın artması bu məhsulun qiymətinə təsirsiz ötüşmür.

Ötən ilin bu dövründə 110 avro civarında olan kömürün ton qiyməti hazırda 350 avro civarında satılır. Qeyd edək ki, 2020-ci ilin eyni dövründə kömür qiymətləri 40 avro səviyyəsində idi. Kömürün qiyməti ötən illə müqayisədə 2 dəfədən çox, 2 il əvvəllə müqayisədə isə 8 dəfə artıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*