“İran Qafanda konsulluq açır. Bu, rəsmi Tehranın Ermənistanın Sünik (Zəngəzur) bölgəsini Ermənistan-İran münasibətləri kontekstində nə qədər vacib saydığına növbəti siqnaldır”.
KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə iranşünas Vardan Voskanyan öz Facebook səhifəsində yazıb. O, İranın Qafanda konsulluq açılması qərarını şərh edib.
“Ermənistan-İran əlaqələrinin möhkəmləndirilməsi istiqamətində atılacaq daha bir addım Atrpatakan şəhərinin mərkəzi olan Təbrizdə konsulluğumuzun açılması olacaq ki, bu da Bakı üçün açıq siqnal olacaq”, – deyə Voskanyan sərsəmləyib.
Xuraman Etibarlı,
KONKRET.az