Təbrizdə qanlı gecə: Ailə məhv oldu, 1 yaşlı körpə möcüzə ilə sağ qaldı – Videobackend

Təbrizdə qanlı gecə: Ailə məhv oldu, 1 yaşlı körpə möcüzə ilə sağ qaldı - Video

Təbriz şəhərində baş verən son hücum ağır faciə ilə nəticələnib.

KONKRET.az xəbər verir ki, ABŞ və İsrail koalisiyasına aid olduğu iddia edilən əməliyyat zamanı mühəndis Həmid Mirzadənin yaşadığı yaşayış kompleksi hədəfə alınıb.

Məlumata görə, gecə saatlarında endirilən zərbə nəticəsində mühəndisin özü, həyat yoldaşı və ailənin daha iki üzvü həyatını itirib. Dağıntılar altından sağ çıxarılan yeganə şəxs isə cəmi bir yaşlı qızı Helma olub.

Hadisə ilə bağlı yayılan ilkin məlumatlarda hücumun mülki obyektə yönəldiyi bildirilir. İran mənbələri bu hadisəni mülki əhaliyə qarşı hücum kimi qiymətləndirir və məsələ ilə bağlı beynəlxalq ictimaiyyətin reaksiyasını gözləyir.\\Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*