“Şahin Bal Aseman” şirkətinə məxsus yüngül mühərrikli təyyarə Təbriz hava limanının uçuş-enmə zolağına enərkən idarəetməni itirib və hava limanının yan binalarından biri ilə toqquşub.
KONKRET.az unikal-a istinadla xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.
Məlumata görə, pilot qəzadan salamat çıxmağı bacarıb.
Qəzadan dərhal sonra hava limanının təhlükəsizlik və yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanacaq sızmasının qarşısını almaq üçün təhlükəsizlik halqası yaradılıb.
Qəzanın dəqiq səbəbləri araşdırılır.

