Avropa İttifaqı (Aİ) Rusiya ilə mümkün müharibə ssenarilərinə hazırlıq çərçivəsində qitə boyunca yol və dəmir yolu infrastrukturunu modernləşdirmək üçün 17 milyard avro xərcləyəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Financial Times nəşrinə açıqlamasında Aİ-nin nəqliyyat və turizm üzrə komissarı Apostolos Tsitsikostas məlumat verib. O bildirib ki, hazırkı avtomobil və dəmir yolları NATO texnikasının, xüsusilə də 70 tona qədər çəkisi olan tankların Şərq sərhədinə tez bir zamanda daşınmasına imkan vermir.
“Tanklar körpüləri çökdürə, tunellərdə sıxışa və sərhəd protokollarında ilişə bilər. Bu isə hərbi cavab qabiliyyətini ciddi şəkildə zəiflədir,” – deyə o qeyd edib.
Bu səbəbdən Aİ infrastrukturun “hərbi mobilliyi artırmaq” məqsədilə təcili yenilənməsinə qərar verib və bu işlər üçün azı 17 milyard avro vəsait ayıracaq.
Müşviq Tofiqoğlu
KONKRET.az