Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-də (AzTV) yoxlamalar başlayıb.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, artıq televiziyanın maliyyə və kadrlar şöbələrində bütün sənədlər araşdırılır.
Bununla bağlı AzTV-nin mətbuat xidmətinə və televiziyanın elektron poçt ünvanına sorğu ünvanladıq və yoxlamaların hansı qurum tərəfindən aparıldığını öyrənməyə çalışdıq.
Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, AzTV-də hər iki ildən bir ənənəvi audit keçirilir. Yoxlamaların həyata keçirilməsi ilə bağlı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Hesablama Palatasına müraciət edib və hazırda proses gedir.
P.S. AzTV-nin mətbuat xidmətindən axır ki, cavab aldıq. Böyük resurslara malik kanalda dəfələrlə genişmiqyaslı yoxlamalar keçirilib və çox ciddi nöqsanlar aşkar edilib. Amma AzTV rəhbərliyi haqqında heç bir ölçü götürülməyib.
Natiq Səlim,
KONKRET.az
…bir evi tanimaq isteyirsinizse, evin atasina baxin..