TƏCİLİ: Bu kondisionerlər GERİ ÇAĞIRILIR – İstifadəsi qadağandır!backend

TƏCİLİ: Bu kondisionerlər GERİ ÇAĞIRILIR – İstifadəsi qadağandır!

Küf riski daşıyan bəzi kondisioner modelləri geri çağırılıb. Mütəxəssislər xəbərdarlıq edirlər: bu kondisionerlər xüsusilə suyun düzgün axıdılmaması səbəbilə küf yarada bilər. Küf isə astma, baş ağrısı, burun axıntısı, tıxanıqlıq və allergik reaksiyalara səbəb ola bilər.

KONKRET.az bakuinfo-ya istinadən xəbər verir ki, hətta bu hallar xroniki xəstəliklərə çevrilə bilər və həssas insanlar üçün ciddi təhlükə yaradar.

Geri çağırılan KONDİSİONER MODELLƏRİ hansılardır?

1. Midea markasının U formalı pəncərə tipli kondisionerləri

Məhsul kodları: 1572673, 1657921, 1677429, 1768985, 2677450, 2677429

Satış müddəti: 10 iyun 2021 – 2 fevral 2022

2. Danby DAC080B6IWDB-6

Bu da pəncərə tipli modeldir və eyni tarixlərdə satışda olub.

İstifadəni DƏRHAL DAYANDIRIN

Costco şirkəti bu məhsullara sahib olan müştərilərə cihazdan dərhal istifadə etməyi dayandırmağı və müvafiq kanallarla əlaqə saxlayaraq ətraflı məlumat almağı tövsiyə edir.

KONDİSİONERDƏ KÜF NECƏ QARŞISINI ALMAQ OLAR?

Ekspertlərin fikrincə, küf yaranmasının qarşısını almaq üçün aşağıdakılara əməl etmək vacibdir:

  • Filtrləri 30-90 gündə bir təmizləyin və ya dəyişin.
  • Cihazın ətrafını toz və nəmdən qoruyun.
  • Su axıdıcı boruların tıxanmadığından əmin olun.

Əgər sizdə bu modellərdən varsa, sağlamlığınız üçün bu xəbərdarlığı nəzərə alın!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*