TƏCİLİ: Bu tarixdə Ukrayna Rusiya ilə danışığa gedəcəkbackend

TƏCİLİ: Bu tarixdə Ukrayna Rusiya ilə danışığa gedəcək

The Washington Post nəşri yazır ki, ABŞ-ın təzyiqi nəticəsində Ukrayna iyunun 2-də Rusiya ilə texniki danışıqlara qatılmağa məcbur qala bilər.

KONKRET.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq Ukraynanı danışıqlardan imtina etməməyə çağırıb. Nəşr qeyd edir ki, Vaşinqton Kiyevə təzyiq göstərə bilər ki, Rusiya tərəfindən əvvəlcədən heç bir sənəd təqdim olunmasa da, təklif edilən görüşdə iştirak etsin.

Məqalədə həmçinin vurğulanır ki, Moskvanın danışıqlara qədər öz şərtlərini açıqlamaması “görüş ərəfəsində mövqeyinə yönələcək istənilən tənqiddən yayınmaq cəhdidir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*