Ermənistan müdafiə nazirinin müşavirinin oğlu həbs edilib.
KONKRET.az xəbər verir ki, Ermənistanın müdafiə naziri Suren Papikyanın müşavirlərindən birinin oğlu “kriminal avtoritet” Rüstəm Stepanyanın evinin yaxınlığında 24 yaşlı gənc qətlə yetirilib.
Onun qətli ilə bağlı Stepanyan həbs edilib. Qeyd olunur ki, mərhumun kriminal dairələrlə əlaqəsi olmayıb. Onun hadisə yerində olması və yaralanmasının səbəbləri hələlik məlum deyil.
KİV-in məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları 3 şübhəlini tapıblar və məhkəmə artıq onları həbs edib. Onlardan biri də Artaşes Tonoyandır. Artaşes general oğludur, onun atası müdafiə nazirinin müşaviridir.
Müşviq Tofiqoğlu
KONKRET.az