Yaxın Şərqdə gərginlik daha da artır. İran silahlı qüvvələri bu gün Qətər ərazisinə doğru bir neçə ballistik raket buraxıb. Raketlərin əsas hədəfinin Qətərdə yerləşən ABŞ hərbi obyektləri olduğu ehtimal edilir.
KONKRET.az xəbər verir ki, Qətərin hava hücumundan müdafiə sistemləri dərhal işə salınıb və bütün raketlər havada zərərsizləşdirilib. Hücum nəticəsində insan tələfatı və ciddi dağıntı qeydə alınmayıb.
Hadisə İranın son günlərdə İsrail və onun müttəfiqlərinə qarşı artan təzyiqlərinin bir hissəsi kimi qiymətləndirilir. Analitiklərin fikrincə, Tehran regiondakı ABŞ qüvvələrini strateji hədəf kimi seçməklə, qarşıdurmanı daha geniş miqyasda davam etdirmək niyyətindədir.
Qətər hökuməti əhalini sakitliyə çağıraraq, təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib.
Natiq Səlim,
KONKRET.az