TƏCİLİ! Onların quru yolla gəlişinə icazə verilə bilərbackend

TƏCİLİ! Onların quru yolla gəlişinə icazə verilə bilər

“Vaşinqtonda imzalanan bəyannamə ölkəmiz və xalqımız üçün mühüm əhəmiyyətə malik siyasi hadisədir”.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar iclasında deputat Qüdrət Həsənquliyev səsləndirib.

Deputat bildirib ki, Ermənistanın Naxçıvana maneəsiz gediş-gəlişi təmin edəcək yolun açılışına razılıq verməsi və bu istiqamətdə yeni öhdəlik götürməsi, həmçinin ABŞ-ın həmin yolun təhlükəsizliyini təmin edəcəyini bəyan etməsi Azərbaycanın növbəti diplomatik uğurudur:

“Vaşinqton bəyannaməsi əslində iki ölkə arasında imzalanmış ilkin sülh sazişi kimi qiymətləndirilə bilər. Konstitusiyaya əsasən, ölkələr arasında imzalanan sənədlər Milli Məclisdə ratifikasiya olunmalıdır. Bu baxımdan, sülh məsələlərinin Milli Məclisin payız sessiyasının gündəliyinə salınmasını təklif edirəm”.

Q.Həsənquliyev əlavə edib ki, “Tramp yolu” adlandırılan dəhliz bütün ölkələrin iqtisadiyyatına böyük töhfə verəcək və ABŞ bu istiqamətdə prinsipial mövqe nümayiş etdirməlidir:

“ABŞ-ın vasitəçiliyi ilə imzalanan bəyannamə heç bir ölkəyə qarşı yönəlməyib və bunu İranla Rusiya da yaxşı anlayır. Türkiyə və Rusiyanın iştirakı ilə sülh müqaviləsinin imzalanmasını məntiqli hesab edirəm”.

Deputat Ermənistanı konstitusiya dəyişikliklərini gecikdirməməyə çağırıb:

“Rusiya və Avropa İttifaqı ilə yaşanan gərginlik aradan qaldırılmalı, BRİKS-ə üzvlük məsələsinə baxılmalıdır. Rusiya ilə quru sərhədin açılması və Azərbaycan vətəndaşlarının ölkəyə girişinə icazə verilməsi vacibdir”.

Sonda deputat Amnistiya Aktının qəbul edilməsini və böyük islahatlara başlanılmasını, həmçinin 2026-cı ilin ölkədə “Barış və İslahatlar İli” kimi qeyd olunmasını təklif edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*