TƏCİLİ! Tramp Rusiyaya səfər edə bilər – Kreml açıqladıbackend

TƏCİLİ! Tramp Rusiyaya səfər edə bilər – Kreml açıqladı

ABŞ prezidenti və yenidən prezidentliyə namizəd Donald Tramp Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığın inkişafı məqsədilə bu ölkəyə səfər etməyi planlaşdırır. Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.

KONKRET.az xəbər verir ki, Uşakovun sözlərinə görə, Trampın Rusiyaya səfəri yalnız Ukrayna ilə münaqişə başa çatdıqdan sonra baş tuta bilər: “O, Rusiyanı ABŞ üçün mühüm ticarət-iqtisadi tərəfdaş hesab edir və münaqişə bitdikdən sonra səfər etmək niyyətindədir”.

Uşakov əlavə edib ki, Rusiya və ABŞ prezidentləri – Vladimir Putin və Donald Tramp arasında keçirilən telefon danışığı səmimi və şəxsi səviyyədə olub. Onlar bir-birinə adları ilə müraciət ediblər: “Dmitri deyirdi – Donald, o da cavab verirdi – Vladimir”.

Rusiya rəsmisinin bildirdiyinə görə, telefon danışığı zamanı hər iki lider bir-birinə hörmətlə yanaşıb və heç biri danışığı ilk olaraq bitirmək istəməyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*