Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna məxsus obyektlərə növbəti genişmiqyaslı zərbələr endirib.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Ukrayna hərbçiləri Xəzər dənizində “Lukoil” şirkətinə məxsus dənizdəki qazma-burğu qurğularını hədəfə alıb.
Rəsmi açıqlamada bildirilir ki, həmin platformalar Rusiya işğalçı qüvvələrinin texniki və logistik təminatında istifadə olunurdu.
Eyni zamanda digər istiqamətlərdə də ağır zərbələr qeydə alınıb:
İşğal altında olan Luqansk vilayətində Rusiya ordusuna məxsus “Buk-M3” hava hücumundan müdafiə kompleksi sıradan çıxarılıb.
Xerson vilayətinin müvəqqəti işğal altındakı ərazisində isə 49-cu ordunun maddi-texniki təminat anbarı vurulub.
Ukrayna Müdafiə Nazirliyi hücumların davam edəcəyini açıq şəkildə bəyan edib. Bu açıqlama Kiyevin Rusiya ordusuna qarşı əməliyyat coğrafiyasını daha da genişləndirdiyini göstərir.
