İranda ermənini ÖLDÜRDÜLƏR – Etirazlarda iştirak edirdibackend

İranda ermənini ÖLDÜRDÜLƏR - Etirazlarda iştirak edirdi

İranda keçirilən etiraz aksiyaları zamanı bir erməni əsilli şəxsin öldürüldüyü bildirilir.

KONKRET.az xəbər verir ki, bu barədə iranşünas Tiqran Davudyan Facebook səhifəsində məlumat verib.

Onun sözlərinə görə, həlak olan şəxs etiraz aksiyalarının iştirakçısı Edjmin Masixidir. Mərhum Tehranın əsasən ermənilərin yaşadığı Məcidiyyə (Majidieh) rayonunun sakini olub.

Hadisənin təfərrüatları və ölümün hansı şəraitdə baş verdiyi ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik əlavə məlumat açıqlanmayıb. İranda davam edən etiraz aksiyaları fonunda təhlükəsizlik vəziyyətinin gərgin olaraq qaldığı bildirilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*