Hacıqabulda təcili yardım maşını qəzaya uğrayıb.
KONKRET.az Oxu.az-a istinadən istinadən xəbər verir ki, hadisə bu gün saat 6:30-da, Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Navahı kəndindən keçən hissəsində baş verib.
Belə ki, Rüstəm Sahib oğlu Rüstəmovun idarə etdiyi “KamAZ” markalı, 14 BD 565 dövlət nömrə nişanlı yük avtomobili ilə 90 JN 615 dövlət nömrə nişanlı təcili tibbi yardım avtomobili toqquşub.
Füzuli rayon sakini, 1971-ci il təvəllüdlü Namiq Həmzəyevin idarə etdiyi təcili yardım maşınının dəmir səddə çırpılması nəticəsində həmyerlisi 1993-cü il təvəllüdlü Rəsul Qurbanlı ölüb. Sürücü və həkim Əliağa Quliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.