Təcridxana qarşısında şübhəli avtomobildən heroin aşkarlandıbackend

Təcridxana qarşısında şübhəli avtomobildən heroin aşkarlandı

Penitensiar Xidmətin Bakı istintaq təcridxanasının əməliyyat aparatları tərəfindən Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis idarəsinin 15-ci Polis bölməsinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bu barədə KONKRET.az-a Pentensiar Xidmətdən xəbər verilib.

Qeyd olunub ki, Bakı istintaq təcridxanasının qarşısında dayanmış “Toyota Prius” markalı taksi kimi fəaliyət göstərən avtomaşının içərisində olan vətəndaş Məmmədov Pərviz İlham oğlu özünü şübhəli apardığına görə hadisə yerinə Sabunçu rayon Polis idarəsinin 15-ci Polis bölməsinin əməkdaşları dəvət olunub.

Həmin şəxsin üzərində və oturduğu avtomaşına baxış keçirilən zaman 4 ədəd şəffaf sellofan bükülüdə olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*