İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir baş nazir Binyamin Netanyahunu HƏMAS-a qarşı siyasətdə yumşaqlıqda ittiham edib.
KONKRET.az-ın xəbərinə görə, Ben-Qvir bildirib ki, “əgər Netanyahu HƏMAS-ın məhv edilməsi məqsədindən imtina edərsə, onun kabineti mövcudluq haqqını itirəcək”.
Nazir həmçinin vurğulayıb ki, “HƏMAS “atəşkəs” dövründə belə israilli əsgəri öldürür, baş nazir isə yalnız “mötədil cavabla” kifayətlənir və humanitar yardımları davam etdirir. Bunun əvəzinə hökumət tammiqyaslı müharibəyə qayıdaraq əsas məqsədinə – HƏMAS-ın məhv edilməsinə – nail olmalıdır”.
Müşviq Tofiqoğlu
KONKRET.az
