Tehran ABŞ və İsraildən təzminat tələb edirbackend

Tehran ABŞ və İsraildən təzminat tələb edir

İranın xarici işlər naziri Abbas Araqçı ABŞ və İsrailin ölkəsinin nüvə obyektlərinə endirdiyi zərbələrlə bağlı BMT-yə rəsmi müraciət ünvanlayıb.

Tehran bu hücumları beynəlxalq hüququn birbaşa və kobud şəkildə pozulması kimi qiymətləndirərək, baş verənlərə görə Vaşinqton və Təl-Əvivin tam məsuliyyət daşıdığını bəyan edib.

KONKRET.az xəbər verir ki, müraciətdə İran tərəfi dəymiş zərərə görə ABŞ və İsraildən tam məbləğdə təzminat ödənilməsini tələb edib. Abbas Araqçı BMT-ni bu hərbi təcavüz aktlarına qarşı səssiz qalmamağa, təşkilatın nizamnaməsinə uyğun olaraq aydın və prinsipial mövqe nümayiş etdirməyə çağırıb.

İran rəsmiləri bildiriblər ki, nüvə infrastrukturuna edilən hücumlar təkcə ölkənin suverenliyinə deyil, həm də regionun ekoloji və nüvə təhlükəsizliyinə ciddi təhdid yaradır. Hazırda rəsmi Tehranın bu müraciətinə beynəlxalq təşkilatların və ittiham olunan tərəflərin necə reaksiya verəcəyi dünya birliyinin diqqət mərkəzindədir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*