Tehran ABŞ-ın potensial hərbi müdaxiləsinə cavab vernək üçün raketlər hazırlayır.
KONKRET.az xəbər verir ki, bu barədə “Times” nəşri yazıb.
“İran ordusu Trampın hərbi əməliyyat təhdidləri fonunda ABŞ-ın mövqelərini vura bilən raketlər hazırlayıb. Bu buraxılışa hazır raketlərin əhəmiyyətli bir hissəsi yeraltı obyektlərdə yerləşdirilib. İranlılar istənilən təcavüzə qəti cavab verməyə hazır olduqlarını bildirərək ABŞ-la danışıqlardan imtina ediblər”, – nəşr vurğulayıb.
Bundan əvvəl Tramp bildirib ki, Vaşinqton və Tehran İranın nüvə proqramı ilə bağlı razılığa gəlməsələr, ABŞ İranı güclü bombardman edəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az