İranın paytaxtı Tehran şəhərində yapışqan anbarında güclü yanğın baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə IRNA agentliyi yerli xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində azı 3 nəfər ağır yanıq xəsarəti alıb.
Hadisə yerinə təcili tibbi yardım maşınları və beş yanğınsöndürmə briqadası göndərilib.
İqbal Rzayev,
KONKRET.az