İyunun 21-də, şənbə günü, “Əl-Ərəbiyə” telekanalı Livandakı “Hizbullah” mənbələrinə istinadla bildirib ki, İsrailin hava hücumu nəticəsində Tehranda Həsən Nəsrullahın şəxsi mühafizəçisi Əbu Əli əl-Xəlil öldürülüb.
KONKRET.az xəbər verir ki, bundan əlavə, İsrailin Channel 12 telekanalının yaydığı məlumata görə, hücum nəticəsində əl-Xəlilin oğlu Heydər əl-Musəvi də həyatını itirib. O, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən dəstəklənən İraqın “Kətaib Seyyid əş-Şühəda” qruplaşmasının yüksək rütbəli üzvü olub.
Qeyd edək ki, daha əvvəl İranın “Kayhan” qəzeti adlarını açıqlamadan, İranda üç “Hizbullah” üzvünün öldürüldüyünü yazmışdı. Məlumat qeyri-rəsmi mənbələrə istinadla verilmişdi.
Natiq Səlim,
KONKRET.az