İranın Xarici İşlər Nazirliyinin sözçüsü Əsmail Baqai Cənubi Qafqazla bağlı məsələlərə xarici qüvvələrin müdaxiləsinə qarşı çıxıb.
KONKRET.az xəbər verir ki, Baqai bu barədə verdiyi açıqlamada ABŞ-ın Zəngəzur dəhlizi layihəsində mümkün iştirakına dair yayılan məlumatlardan narahatlıq ifadə edib:
“Həmişə vurğuladığımız və region ölkələrinin də anlaması vacib olan əsas məqam odur ki, regiona daxil olmayan üçüncü tərəflərin Cənubi Qafqaz məsələlərinə qarışmasına icazə verilməməlidir. Belə müdaxilələr vəziyyəti yalnız mürəkkəbləşdirəcək və region dövlətlərinin maraqlarına xidmət etməyəcək”, – deyə İran rəsmisi bildirib.
Natiq Səlim,
KONKRET.az