Tehranın “İslamabad qorxusu”: Danışıqlar masası, yoxsa sui-qəsd tələsi?backend

Tehranın "İslamabad qorxusu": Sui-qəsd tələsi?

İran rəhbərliyi atəşkəsə nail olmaq üçün göstərilən səylərin arxasında gizli bir təhlükənin dayandığından ehtiyat edir. “The Wall Street Journal” nəşrinin İran və ərəb rəsmilərinə istinadən yaydığı məlumata görə, rəsmi Tehran bu prosesin bir tələyə çevrilə biləcəyindən narahatdır.

KONKRET.az xəbər verir ki, İran hakimiyyətini ən çox düşündürən məqam münaqişənin dayandırılması ilə bağlı üzbəüz keçiriləcək görüşlərin təhlükəsizlik tərəfidir. Mənbələrin bildirdiyinə görə, Tehranda ABŞ-ın danışıqlarda iştirakını xüsusilə istədiyi parlament spikeri Məhəmməd-Baqir Qalibafa qarşı sui-qəsd təşkil oluna biləcəyi barədə ciddi narahatlıqlar var.

Bu səbəbdən İran tərəfi mümkün danışıqlar masasına həm diplomatik fürsət, həm də yüksək vəzifəli şəxsləri hədəfə alan riskli bir ssenari kimi yanaşır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*